Birxeber.az / Serbiya prezidenti: Qərbin Ukraynada münaqişənin inkişafı üçün iki ssenarisi var

Serbiya prezidenti: Qərbin Ukraynada münaqişənin inkişafı üçün iki ssenarisi var

16-03-2024, 20:40

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Qərbin Ukraynada münaqişənin inkişafı üçün iki ssenarisi var.

“Birxeber.Az” xəbər verir ki, o, fikirlərini “B92” telekanalına müsahibəsində açıqlayıb.

“Ya Qərb Rusiya ilə tamhüquqlu münaqişə yolunu tutacaq, ya da ABŞ və Çinin köməyi ilə hansısa barışıq əldə olunacaq ki, bu da dünya üçün böyük rahatlıq deməkdir”, - Vuçiç deyib.

O qeyd edib ki, Rusiya ilə Qərb arasında birbaşa münaqişədən heç kim fayda görməyəcək və insan itkiləri baxımından nəticələr İkinci Dünya müharibəsi dövründəkindən daha ciddi ola bilər.

Vuçiç əmindir ki, belə bir münaqişə Serbiyaya da təsir edəcək, ona görə də ölkə vəziyyətin istənilən inkişafına hazırlaşmalıdır. Onun sözlərinə görə, 100 gün ərzində Qərbin hansı ssenarini seçəcəyi bəlli olacaq.

Geri qayıt