Birxeber.az / Birinci instansiya məhkəmələri bir ildə 15344 iş üzrə yekun qərar verib

Birinci instansiya məhkəmələri bir ildə 15344 iş üzrə yekun qərar verib

26-01-2024, 10:50

Ötən il birinci instansiya məhkəmələri tərəfindən 15344 iş üzrə yekun qərar verilib.

APA xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin işlərdən 13564-i barəsində ittihamedici hökm qəbul edilib:
“1589 iş üzrə xitam, 155 iş üzrə bəraət qərarı verilib. 29 iş üzrə tibbi xarekterli məcburi tədbiqi, 7 iş üzə isə tərbiyəvi xaraktlerli məcburi tədbiq edilib.
Hesabat dövründə 281 şəxs barəsində 225 işdən 4 şəxs barəsində məhkəmə tərəfindən cinayət təqibinə bəraətverici əsasla xitam verilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bəraət alan şəxslərin sayı 79 vahid artıb.
Hesabat dövründə əlavə olaraq hərbi prokurorluq orqanları tərəfindən məhkəməyə göndərilmiş 5 iş üzrə 6 şəxs barəsində bəraət hökmü çıxarılıb, 1 iş 1 şəxs barəsində icraata bəraətverici əsasla xitam verilib”.

Geri qayıt