Birxeber.az / Zaqatalada 18 yaşlı gənc partlayış nəticəsində ölüb

Zaqatalada 18 yaşlı gənc partlayış nəticəsində ölüb

16-03-2024, 16:40

Zaqatala rayonunda 18 yaşlı gənc partlayıcı maddənin partlaması nəticəsində ölüb.

Bu barədə "Birxeber.Az"a Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırma aparılır.

Geri qayıt