Birxeber.az / Çexiyanın keçmiş baş naziri: Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb

Çexiyanın keçmiş baş naziri: Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb

16-03-2024, 16:40

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb.

Bunu Çexiyanın keçmiş baş naziri Jan Fiçer (Jan Ficher) "Birxeber.Az"a açıqlamasında deyib.

O ümidvar olduğunu bildirib ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda beynəlxalq qanun normalarına uyğun şərait yaradacaq:

"Biz istəriyik ki, Qafqazda hər şey yaxşı olsun. Ermənistan, Gürcüstan, Azərbaycan birlikdə yaxşı yaşasınlar".

Jan Fiçer xatırladıb ki, Qarabağla bağlı qarşıdurma uzun illər davam edib: “Bu, regiondakı vəziyyətə təsir göstərib, yeni reallıqlar yaranıb. Ümid edirik ki, Azərbaycan bölgədəki yeni reallığı daha xoş istiqamətdə inkişaf etdirəcək. Arzulayıram ki, daha bölgədə müharibə və dağıdıcı nəticələrə səbəb ola biləcək proseslər baş verməsin”.

Keçmiş hökumət başçısı, həmçinin COP-29 barədə də danışıb: “Bu, təkcə Azərbaycan yox, bütün dünya üçün əhəmiyyətlidir. İqlim problemi ayrı-ayrı ölkələri yox, bütün dünyanı maraqlandıran problemdir. Beynəlxalq təşkilatlar, fərqli aktorlar sözügedən istiqamətdə bütün səylərini ortaya qoymalıdır ki, daha yaxşı dünyada yaşayaq”.

Geri qayıt