Birxeber.az / Ermənistan Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən KTMT PA missiyasında iştirakdan imtina edib

Ermənistan Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən KTMT PA missiyasında iştirakdan imtina edib

16-03-2024, 15:50

Ermənistan Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyası missiyasında iştirakdan imtina edib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, Rusiyada keçirilən prezident seçkilərində KTMT PA-nın müşahidə missiyasının tərkibində Ermənistanın nümayəndələri yoxdur.

Bu faktı missiyanın nümayəndələri də təsdiqləyib.

Qeyd edək ki, rəsmi İrəvan bir müddət əvvəl Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu açıqlayıb.

Geri qayıt