Birxeber.az / İrakli Kobaxidze: Azərbaycan-Gürcüstan münasibətləri çox möhkəm təməl üzərində qurulub

İrakli Kobaxidze: Azərbaycan-Gürcüstan münasibətləri çox möhkəm təməl üzərində qurulub

16-03-2024, 15:40

Bizim ölkələri tarixi dostluq bağları birləşdirir. Bu münasibətlər çox möhkəm təməl üzərində qurulub.

"Birxeber.Az"un məlumatına görə, bu fikri Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

Münasibətlərimizin bundan sonra da eyni ruhda davam edəcəyinə əminliyini bildirən Baş nazir İrakli Kobaxidze vurğulayıb: “Hazırda bizim siyasi, iqtisadi və digər səviyyələrdə çox gözəl dialoqumuz var, müsbət dinamika mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir”.

Geri qayıt