Birxeber.az / Sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləği müəyyən edilib

Sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləği müəyyən edilib

26-01-2024, 10:40

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin müəyyən edilməsi barədə qərar qəbul edib.

“Birxeber.Az” xəbər verir ki, qərarı AMB-nin sədri Taleh Kazımov imzalayıb.

Qərara əsasən, sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləğinin minimum həddi aşağıdakı kimi müəyyən edilib:

- fiziki şəxs olan sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə − 200 000 manat;

- hüquqi şəxs olan sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə − 1 000 000 manat.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Geri qayıt