Birxeber.az / Ötən gün vətəndaşlardan 40 silah götürülüb

Ötən gün vətəndaşlardan 40 silah götürülüb

26-01-2024, 10:40

Polis əməkdaşları ötən gün vətəndaşlardan 40 silah götürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 8 ədəd qumbara, 7 alışdırıcı, 36 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 101 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 ədəd avtomat silahı, 4 tapança, 3 ədəd qumbara, 15 ədəd müxtəlif markalı tüfəng, 12 ədəd patron darağı və 72 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Geri qayıt