Birxeber.az / Çexiyanın eks-baş naziri: İqlim dəyişikləri ilə bağlı problemlər həllini tapmalıdırlar

Çexiyanın eks-baş naziri: İqlim dəyişikləri ilə bağlı problemlər həllini tapmalıdırlar

16-03-2024, 11:40

Hər gün yeni çağırışlar meydana gəlir, çox mürəkkəb dünyada yaşayırıq.

"Report" xəbər verir ki, bunu Çexiyanın keçmiş baş naziri Jan Fiçer (Jan Ficher) "Qlobal Çağırışlara Dayanıqlılığın Yaradılması: Resursların Qıtlığı və Miqrasiya" panelində çıxışı zamanı deyib.

Siyasətçi söyləyib ki, bu gün dünyada əsas problemlərdən biri də iqlim dəyişikliyi ilə bağlıdır: "Üstəgəl, biz hələ pandemiyanın təsirlərindən xilas olmamışıq. Belə olan halda dünya miqyasında iqlim dəyişikləri ilə bağlı problemlər həllini tapmalıdırlar".

Geri qayıt