Birxeber.az / Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıb

16-03-2024, 09:40

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər də oğurluq, eləcə də digər cinayət etdikləri üçün məhkum olunmuşlar – İlqar Məlikov, Şamil Qasımov və Adıgözəl Süleymanov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Birxeber.Az"a verilən məlumata görə, A.Süleymanovdan marixuana, digər 2 nəfərdən isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Geri qayıt