Birxeber.az / ABŞ husilərin gəmi əleyhinə üç ballistik raket atdığını bildirib

ABŞ husilərin gəmi əleyhinə üç ballistik raket atdığını bildirib

16-03-2024, 07:40

“Ənsar Allah” hərəkatının husi üsyançıları Qırmızı dənizə doğru üç gəmi əleyhinə ballistik raket atıblar.

"Birxeber.Az"un xəbərinə görə, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

“Martın 15-də, Səna vaxtı ilə təxminən saat 20:30-dan 22:50-dək İranın dəstəklədiyi husi üsyançıları Yəmənin nəzarətində olan ərazilərdən Qırmızı dənizə doğru üç gəmi əleyhinə ballistik raket atıblar”, - komandanlığın “X”də yayımlanan bəyanatında deyilir.

Eyni zamanda, komandanlıq husilərin son hücumu nəticəsində nə ABŞ-nin qüvvələrinə, nə də ticarət gəmilərinə ziyan dəydiyini vurğulayıb.

Geri qayıt