Birxeber.az / Türkiyədə avtobus aşıb, 18 nəfər xəsarət alıb

Türkiyədə avtobus aşıb, 18 nəfər xəsarət alıb

15-03-2024, 23:50

Türkiyənin Bingöl vilayətində avtobus qəzaya uğrayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Hadisə Bingöl-Karlıova avtomobil yolunun Əzizan kəndi ərazisində baş verib.

İntensiv qar yağışı altında avtobusu idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 18 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt