Birxeber.az / Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi ilə COP29-dan gözləntiləri müzakirə edib

Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi ilə COP29-dan gözləntiləri müzakirə edib

15-03-2024, 14:40

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi Miao Deyu ilə COP29-dan gözləntiləri müzakirə edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" səhifəsində paylaşım edilib.

"Pekinə səfərini başa vuran COP29-un prezidentli Muxtar Babayev və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev konfransdan gözləntiləri və orada fəal iştirakı müzakirə etmək üçün Çin xarici işlər nazirinin köməkçisi Miao Deyu ilə görüşüblər", - məlumatda qeyd olunub.

Finishing their trip to Beijing, #COP29 President-Designate Mukhtar Babayev and Lead Negotiator @YalchinRafiyev met with Miao Deyu, Assistant Foreign Secretary of the People’s Republic of China, to discuss expectations and active participation at #COP29 pic.twitter.com/LVnw0246Zm

— COP29 AZ (@COP29_AZ) March 15, 2024
Geri qayıt