Birxeber.az / Ağdamda ortopedik matras və yumşaq mebellərin istehsalı yaradılır

Ağdamda ortopedik matras və yumşaq mebellərin istehsalı yaradılır

15-03-2024, 14:40

Ağdam Sənaye Parkında investisiya dəyəri 2,3 milyon manat olan ortopedik matras və yumşaq mebellərin istehsalı müəssisəsi yaradılacaq.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bununla bağlı "Komfy" MMC-yə sənaye parkının rezidenti statusu verilib: “Müəssisədə 18 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da Ağdam Sənaye Parkının rezidentlərinin sayı 21-ə çatıb”.

"Komfy" MMC-yə Ağdam #SənayeParkı-nın rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 21-ə çatıb. Şirkət tərəfindən Sənaye Parkının ərazisində ortopedik matras və yumşaq mebellərin istehsalı müəssisəsi yaradılacaq.#İnvestisiya dəyəri 2,3 milyon ₼ olan müəssisədə 18… pic.twitter.com/XyL7hL2XmB

— Mikayil Jabbarov (@MikayilJabbarov) March 15, 2024
Geri qayıt