Birxeber.az / Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, 8 nəfər ölüb

Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, 8 nəfər ölüb

15-03-2024, 13:50

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.

APA NTV-yə istinadən xəbər verir ki, Çanaqqalanın Eceabat rayonu sahillərində baş verən hadisə zamanı 2-si körpə olmaqla azı 8 nəfər ölüb.

Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları 4 nəfəri xilas edib.

Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını deyib.

Lamiyə Şirinova

Geri qayıt