Birxeber.az / Azərbaycanda dəniz ilə daşınan yüklərin 50%-dən çoxu neftin payına düşüb

Azərbaycanda dəniz ilə daşınan yüklərin 50%-dən çoxu neftin payına düşüb

15-03-2024, 13:50

Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-fevral aylarında daşınmış yüklərin həcmi 1273,9 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən “Birxeber.Az-Economics”ə verilən məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə daşınan yüklərin 50,5%-i neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 2 072,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 1 658,9 min tonunu və ya 80%-i tranzit yüklər təşkil edib.

“2024-cü il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 136,4 min ton olub”, - məlumatda qeyd olunur.

Qeyd olunur ki, hesabat dövründə bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 42,9% artaraq 4 min nəfər olub.

Geri qayıt