Birxeber.az / “Aqrar Sığorta”ya yeni sədr təyin edilib

“Aqrar Sığorta”ya yeni sədr təyin edilib

15-03-2024, 13:50

“Aqrar Sığorta Müştərək Sığorta” ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib.

"APA-Economics" xəbər verir ki, müştərək sığorta şirkətinin DŞ-nin yeni sədri İlkin İlqar oğlu Zeynalov seçilib. O bu vəzifədə Pərviz Səfərovu əvəzləyib. Pərviz Səfərov isə DŞ-nin müstəqil üzvü seçilib. Bundan əlavə, Direktorlar Şurasının üzvü Səbinə Xanbabayeva Murad qızı şirkətdən ayrılıb. “Aqrar Sığorta Müştərək Sığorta”nın DŞ-nin digər üzvləri isə dəyişməyib.

Xatırladaq ki, «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» 31 avqust 2020-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti (“Azərbaycan Sənaye Sığorta” ASC, “AzSığorta” ASC, “Bakı Sığorta” ASC, “Xalq Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “PAŞA Sığorta” ASC) tərəfindən bərabər paylarla təsis edilib. ASC-nin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir.

Geri qayıt