Birxeber.az / Keçmiş məcburi köçkün: “Arzu edirəm, övladımı Füzulidə evləndirim”

Keçmiş məcburi köçkün: “Arzu edirəm, övladımı Füzulidə evləndirim”

26-01-2024, 08:40

“Arzum budur, övladımı Füzulidə evləndirim”.

“Birxeber.Az” xəbər verir ki, bunu keçmiş məcburi köçkün, Füzuli sakini Nərminə Quliyeva deyib.

“Sevincimin həddi-hüdudu yoxdur. Bütün bunlar şəhidlərimizin, qazilərimizin sayəsindədir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Prezidentimiz sağ olsun ki, pis günlərimizi yaddan çıxardı”, - keçmiş məcburi köçkün deyib.

“Füzulini ailəmlə tərk etmişdim. İndi yurduma doğmalarımla, övladlarımla qayıdıram”, - N.Quliyeva vurğulayıb.

Qeyd edək ki, bu gün Füzuli şəhərinə növbəti köç başlayıb. Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də daha 30 ailə (104 nəfər) Füzuliyə yola salınıb.

Geri qayıt