Birxeber.az / Xəzər rayonunda dəm qazından zəhərlənmə hadisələri olub

Xəzər rayonunda dəm qazından zəhərlənmə hadisələri olub

26-01-2024, 08:40

Bakının Xəzər rayonunda dəm qazından zəhərlənmə hadisələri qeydə alınıb.

"Report"un məlumatına görə, Binə qəsəbəsində 2001-ci il təvəllüdlü Vəliyev Yusif Sultan oğlu və qəsəbənin digər ünvanında yaşayan 23 yaşlı Əliyev Əjdər Lətif oğlu yaşadığı evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt