Birxeber.az / Almaniya millisinin futbolçusu: “Qarabağ” önündə son fitə qədər bütün gücümüzü ortaya qoyduq

Almaniya millisinin futbolçusu: “Qarabağ” önündə son fitə qədər bütün gücümüzü ortaya qoyduq

15-03-2024, 11:40

“Qarabağ” önündə son fitə qədər bütün gücümüzü ortaya qoyduq.

“Report” xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Robert Andrix “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçı barədə danışarkən deyib.

Almaniya millisinin yarımmüdafiəçisi əzmkar qələbə qazanmalarını son saniyələrə qədər yüksək tempdə oynamaları ilə əlaqələndirib: “Əlbəttə ki, həmişə belə olmur. Hər oyunda bu durumla üzləşmək istəmirik. Yenə də əzmkar qələbə sayəsində irəliləməyi bacardıq. Sona qədər bütün gücümüzlə mübarizə apardıq və bəhrəsini gördük”.

Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” 1/4 finala adlayıb.

Geri qayıt