Birxeber.az / Bu gün daha 30 ailə Füzuli şəhərinə köçəcək

Bu gün daha 30 ailə Füzuli şəhərinə köçəcək

26-01-2024, 06:40

Bu gün Füzuli şəhərinə növbəti köç olacaq.

“Report” xəbər verir ki, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də daha 30 ailə (104 nəfər) Füzuliyə yola salınacaq.

Qeyd edək ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Yanvarın 24-də ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanının Füzuli şəhərində qarşılanma mərasimi olub.

Yurda qayıdan 30 ailəyə (125 nəfər) mənzillərin açarları təqdim edilib. Bununla da 470-ə yaxın ailənin (1 750 nəfər) Füzuli şəhərində məskunlaşdırılması təmin olunub.

Geri qayıt