Birxeber.az / Siyasi partiyalarda mühasibat uçotunun aparılması qaydalarında dəyişiklik edilib

Siyasi partiyalarda mühasibat uçotunun aparılması qaydalarında dəyişiklik edilib

14-03-2024, 19:40

“Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”nda dəyişiklik edilib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, təşkilatın gəlirləri aşağıdakı kimi formalaşacaq:

“Maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat”da gəlirlər aşağıdakı hesablar üzrə yığılır və maliyyə hesabatının 60-cı maddəsində ümumiləşdirilir:

- üzvlük haqqı;
- ianə;
- dövlət maliyyə yardımı;
- çap mediasının təsis edilməsindən, o cümlədən çap mediasının iştirakçısı olmaqdan əldə edilən gəlir;
- ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışından gəlir;
- mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından əldə edilən gəlir;
- hüquq varisliyi və ya vərəsəlik (miras aktivi) yolu ilə əldə edilmiş əmlak;
- qanunla qadağan olmayan digər gəlirlər.

Geri qayıt