Birxeber.az / Cəlilabadda ağır yol qəzası olub, ölən və yaralanan var 

Cəlilabadda ağır yol qəzası olub, ölən və yaralanan var 

14-03-2024, 18:40

Ələt-Astara avtomobil yolunda ağır yol qəzası baş verib.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, qəza yolun 123-cü km-də Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri isə xəsarət alıb.

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt