Birxeber.az / "Bakı Fond Birjası" "Astana Yaşıl Maliyyə Mərkəzi" ilə memorandum imzalayıb

"Bakı Fond Birjası" "Astana Yaşıl Maliyyə Mərkəzi" ilə memorandum imzalayıb

14-03-2024, 17:40

"Bakı Fond Birjası" QSC (BFB) və "Astana Yaşıl Maliyyə Mərkəzi" arasında memorandum imzalanıb.

"Birxeber.Az" bu barədə BFB-yə istinadən xəbər veriur.

Məlumata görə, sənədin məqsədi “Yaşıl Maliyyə” sahəsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsidir.

İmzalanma mərasimində Birjanın üzvü olan investisiya şirkətlərinin nümayəndələri iştirak ediblər.

Prezident İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan edib. Bu il ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına - COP29-a ev sahibliyini edəcək.

Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl" iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır.

Geri qayıt