Birxeber.az / Parisdə yüzlərlə insan miqrasiya qanununa qarşı aksiya keçirib

Parisdə yüzlərlə insan miqrasiya qanununa qarşı aksiya keçirib

26-01-2024, 01:40

Parisdə bir neçə yüz nəfər ölkədə miqrasiya qaydalarını sərtləşdirən qanunun ləğvi tələbi ilə etiraz aksiyası keçirib.

“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Etirazçılar Parisin mərkəzində, Konstitusiya Şurasının binasının yaxınlığındakı Luvr meydanına toplaşıblar.

Aksiyada Ümumi Əmək Konfederasiyası, “Həmrəylər”, Yeni Anti-kapitalist Partiyası və Kommunist Partiyasının üzvləri iştirak edib.

Geri qayıt