Birxeber.az / Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTO

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTO

20-01-2024, 12:50

Naxçıvan Muxtar Respublikasında 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, dövlət bayraqları yarıyadək endirilib, sərnişinlərin, nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırılıb.

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır.

Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını və Vətən müharibəsində şəhid olanların məzarlarını ziyarət edən insanlar şəhidlərin xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər güllər düzüblər.

Geri qayıt