Birxeber.az / Qəzzada ölənlərin sayı 25 900 nəfərə çatıb

Qəzzada ölənlərin sayı 25 900 nəfərə çatıb

26-01-2024, 00:40

Qəzzada həlak olanların sayı 25 900 nəfərə çatıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı daha 64 110 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və o cümlədən uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox sakinin girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatını başlayıb.

Geri qayıt