Birxeber.az / Belçika millisinin baş məşqçisinin müqaviləsinin müddəti uzadılıb

Belçika millisinin baş məşqçisinin müqaviləsinin müddəti uzadılıb

14-03-2024, 15:40

Futbol üzrə Belçika millisi baş məşqçisi Domeniko Tedesko ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Onun yeni sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub. İtaliyalı baş məşqçinin hazırkı müqaviləsi builki Avropa çempinatının sonunda bitməli idi.

Qeyd edək ki, Domeniko Tedesko 2023-cü il fevralın 8-dən Belçika millisinə rəhbərlik edir.

Geri qayıt