Birxeber.az / "Qalatasaray" legionerinin yığmanın düşərgəsinə getməsinə icazə verməyib

"Qalatasaray" legionerinin yığmanın düşərgəsinə getməsinə icazə verməyib

14-03-2024, 13:40

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Davinson Sançesi Kolumbiya yığmasının düşərgəsinə buraxmayıb.

"Birxeber.Az" yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı müdafiəçinin zədəli olduğunu bildirib.

"Sarı-qırmızılar" oyunçunun durumu ilə bağlı Kolumbiya Futbol Federasiyasını məlumatlandırıb və onun ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı vurğulanıb.

Qeyd edək ki, Kolumbiya yığması martın 22-də İspaniya, 26-da isə Rumıniya ilə yoldaşlıq görüşləri keçirəcək. Sançes cari mövsüm "Qalatasaray" forması ilə 27 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt