Birxeber.az / Türkiyənin Montrö konvensiyasına sadiqliyi nəzərə çatdırılıb

Türkiyənin Montrö konvensiyasına sadiqliyi nəzərə çatdırılıb

25-01-2024, 22:50

Türkiyə Qara dənizdə sülh və sabitliyin təmin edilməsi, mövcud risklərin aradan qaldırılması üçün “Montrö Boğazlar Konvensiyası”na sadiqliyini xüsusi diqqətlə davam etdirəcək.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda deyilir.

Həmçinin, Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda atəşkəslə bitməsinin və daimi sülhün bərqərar olunmasının vacibliyi vurğulanıb.

Geri qayıt