Birxeber.az / Mahir Emrelinin komandası PAOK-un qonağı olacaq, "Fənərbağça" “Yunion”u qəbul edəcək

Mahir Emrelinin komandası PAOK-un qonağı olacaq, "Fənərbağça" “Yunion”u qəbul edəcək

14-03-2024, 10:40

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" klubu UEFA Konfrans Liqasında növbəti matçını bu gün keçirəcək.

"Report"un məlumatına görə, Zaqreb təmsilçisi Yunanıstanda PAOK-un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. "Dinamo" ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyib.

Türkiyənin "Fənərbağça" klubu isə Belçikanın “Yunion” kollektivini qəbul edəcək. Komanda ilk görüşdə inamlı qələbə qazanıb - 3:0. İstanbuldakı cavab oyunu saat 21:45-də start götürəcək.

Geri qayıt