Birxeber.az / AMB: "Əsas strateji hədəflərimizdən biri rəqabətli ödəniş ekosistemidir"

AMB: "Əsas strateji hədəflərimizdən biri rəqabətli ödəniş ekosistemidir"

14-03-2024, 10:40

Azərbaycan Mərkəzi Bankının (AMB) əsas strateji hədəflərindən biri ölkədə rəqabətli ödəniş ekosisteminin formalaşdırılmasıdır.

“Birxeber.Az” xəbər verir ki, bunu AMB-nin icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib.

"Ödəniş sektoru üzrə digər başlıca strateji hədəflərimiz ödəniş sistemlərinin əlçatanlığının artırılması, bununla da ödəniş nöqteyi nəzərdən maliyyə inklüzivliyinin genişləndirilməsi, ödəniş əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsi və adekvat tənzimləmə çərçivəsinin formalaşdırılmasıdır",- deyə o qeyd edib.

Geri qayıt