Birxeber.az / Futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək

Futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək

14-03-2024, 10:40

Bu gün futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək.

"Report" xəbər verir ki, XVI turun ilk matçında "Neftçi" İK "Baku Fire" ilə üz-üzə gələcək.

Ardınca son çempion "Araz-Naxçıvan" "Yasamal Bakı"nı sınağa çəkəcək.

Tura U-19 – “Record club” qarşılaşması ilə yekun vurulacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" 40 xalla liderdir. "Baku Fire" 33 xalla ikinci, "Neftçi" İK 32 xalla üçüncü pillədə qərarlaşıb. "Yasamal Bakı"nın 14, U-19-un 6, "Record club"un 4 xalı var.

Geri qayıt