Birxeber.az / ABŞ institutu: Kreml Ermənistana qarşı sərt cavablar hazırlayır

ABŞ institutu: Kreml Ermənistana qarşı sərt cavablar hazırlayır

14-03-2024, 09:40

Kreml Ermənistana qarşı sərt cavablar hazırlayır.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında yazılıb.

Qeyd olunub ki, Ermənistan Rusiyadan uzaqlaşmağa davam edir: “Kremlə bağlı ekspertlərin fikrincə, Qərb Moskvadan uzaqlaşması üçün İrəvanı şantaj edir”.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi "Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. O, həmçinin KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınayıb.

Qeyd edək ki, ABŞ institutu daha əvvəl yazmışdı ki, Rusiyadan uzaqlaşmaq N.Paşinyana baha başa gələ bilər. Amerikalı analitiklərin fikrincə, Ermənistan Rusiya ilə ikitərəfli əməkdaşlığı azaltmağa çalışır.

Geri qayıt