Birxeber.az / Xankəndidə avtomat, pulemyot, tapança və qumbaralar tapılıb

Xankəndidə avtomat, pulemyot, tapança və qumbaralar tapılıb

14-03-2024, 09:40

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot, tapança və qumbaralar tapıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 13-də Xankəndi şəhəri ərazisindən 25 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Geri qayıt