Birxeber.az / Sumqayıtda evdə yıxılaraq xəsarət alan kişi xəstəxanada ölüb

Sumqayıtda evdə yıxılaraq xəsarət alan kişi xəstəxanada ölüb

14-03-2024, 00:50

Sumqayıtda 58 yaşlı kişi içkinin təsirindən yaşadığı ünvanda yıxılaraq ölüb.

Birxeber.Az xəbər verir ki, hadisə Coratda fərdi evlərdən birində qeydə alınıb.

1966-cı il təvəllüdlü Dilavər Ənvər oğlu Şahbazov tək yaşadığı ünvanda içkinin təsirindən yıxılıb.

D. Şahbazov xəstəxsnaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Geri qayıt