Birxeber.az / Paytaxtın Suraxanı rayonunda ev yanıb

Paytaxtın Suraxanı rayonunda ev yanıb

13-03-2024, 22:50

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt