Birxeber.az / ABŞ hökuməti nüvə sınaqlarını bərpa etməyə ehtiyac görmür

ABŞ hökuməti nüvə sınaqlarını bərpa etməyə ehtiyac görmür

13-03-2024, 21:40

ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) mütəxəssisləri Vaşinqtonun indi nüvə sınaqlarını bərpa etməyə ehtiyac duymadığını hesab edirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında fəaliyyət göstərən NNSA-nın rəhbərinin birinci müavini Frenk Rouz bildirib.

“Amerika qanunlarına görə, prezident bizə göstəriş verərsə, biz nüvə sınaqlarına hazırlığımızı saxlamalıyıq, lakin NNSA hesab edir ki, nüvə arsenalımızın idarə edilməsinə sərmayələrimizi nəzərə alaraq, sınaqlara qayıtmağa ehtiyac yoxdur”, - o, Vaşinqtonun Brukinqs İnstitutunda çıxışı zamanı deyib. Rouz əlavə edib ki, ABŞ-ın hazırda belə planı da yoxdur.

Geri qayıt