Birxeber.az / Sabirabadda yol qəzasında xəsarət alan şəxs Bakıya göndərilib

Sabirabadda yol qəzasında xəsarət alan şəxs Bakıya göndərilib

13-03-2024, 20:40

Sabirabadda üç gün əvvəl baş verən yol qəzasında xəsarət alan şəxs Bakıya göndərilib.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, vəziyyəti ağır olan Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Bakı xəstəxanalarından birinə yerləşdirilib.

Qeyd edək ki, martın 10-da Hacıqabul-Mincivan-Bəhrəmtəpə magistralının rayonun Zalqarağac kəndi ərazisində keçən hissəsində ağır yol qəzası baş verib. Hadisə nəticəsində iki nəfər hadisə yerində ölüb, E.Mustafayev isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt