Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Lui Bononu qəbul edib.
APA xəbər verir ki, bu barədə Armen Qriqoryanın "Facebook" hesabında məlumat verilib.
"Biz Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı fikir mübadiləsi apardıq", - o deyib.
Görüşdə Ermənistan-ABŞ münasibətləri də müzakirə olunub.