Birxeber.az / Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi auditor seçir

Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi auditor seçir

13-03-2024, 18:40

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyindəki Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Birxeber.Az” xəbər verir ki, sorğuda iştirak haqqı 18,24 manatdır.

İddiaçılar təkliflərini aprelin 5-nə qədər Dövlət Müfəttişliyinin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 11 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 5-də, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.

Geri qayıt