Birxeber.az / Britaniya Polşada “Sky Saber” müdafiə sisteminin yerləşdirilməsi müddətini uzadıb

Britaniya Polşada “Sky Saber” müdafiə sisteminin yerləşdirilməsi müddətini uzadıb

13-03-2024, 18:40

Böyük Britaniya ortamənzilli “Sky Saber” hava hücumundan müdafiə sisteminin Polşada yerləşdirilməsi müddətini 2024-cü ilin sonuna qədər uzadıb.

“Report” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış britaniyalı həmkarı Qrant Şapps ilə görüşündən sonra jurnalistlərə bildirib.

“Sky Saber” hava hücumundan müdafiə sistemi Polşada bu ilin sonuna qədər qalacaq”, - o qeyd edib.

Geri qayıt