Birxeber.az / Azərbaycan və Çin COP29-da birgə əməkdaşlıq barədə razılığa gəlib

Azərbaycan və Çin COP29-da birgə əməkdaşlıq barədə razılığa gəlib

13-03-2024, 17:40

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Pekində Çinin ekologiya və ətraf mühit naziri Huang Runqiu ilə görüşüb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi "X" hesabı paylaşım edib.

Bildirilib ki, görüş zamanı Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıq müzakirə edilib, həmçinin tədbirin uğurlu keçirilməsi üçün birgə əməkdaşlıq barədə razılığa gəlinib.

Geri qayıt