Birxeber.az / Azərbaycanın COP29-a hazırlığı müzakirə edilib

Azərbaycanın COP29-a hazırlığı müzakirə edilib

13-03-2024, 17:40

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld (Fergus Auld) COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova ilə Azərbaycanın COP29 hazırlığını müzakirə edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə səfir "X"də yazıb.

"Biz Azərbaycanın COP29 hazırlığını müzakirə etdik və onun uğurla həyata keçirilməsini təmin etmək üçün Böyük Britaniyanın dəstəyini bir daha vurğuladıq",- diplomat qeyd edib.

COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova ilə səmərəli görüş keçirdik. Biz -ın #COP29 hazırlığını müzakirə etdik və onun uğurla həyata keçirilməsini təmin etmək üçün Böyük Britaniyanın dəstəyini bir daha vurğuladıq. pic.twitter.com/ys226dQNRQ

— FergusAuldFCDO (@FergusAuldFCDO) March 13, 2024
Geri qayıt