Birxeber.az / Türkiyə lideri: Vaxtilə bizə müdafiə sənayəsi məhsulları satanlar indi bizdən silah istəyirlər

Türkiyə lideri: Vaxtilə bizə müdafiə sənayəsi məhsulları satanlar indi bizdən silah istəyirlər

13-03-2024, 16:40

Vaxtilə Türkiyəyə müdafiə sənayəsi məhsulları satanlar indi bizim silahlarımızdan istəyirlər.

“Birxeber.Az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şırnak şəhərindəki mitinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bəzi güclər uzun illər Türkiyəyə bazar, Türkiyədəki insanlara isə ucuz işçi qüvvəsi kimi yanaşıblar: “İndi onlar bizim bazarımıza çevrilib. Yəni oyunu tərsinə çevirdik”.

R.T.Ərdoğan söyləyib ki, ölkə daxilindəki həmrəylik qorunarsa, Türkiyə indi sahib olduqlarından daha çoxuna sahib ola bilər.

Geri qayıt