Birxeber.az / Azərbaycan və Xorvatiya alternativ enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Xorvatiya alternativ enerji sahəsində əməkdaşlığı müzakirə edib

13-03-2024, 15:40

Azərbaycan və Xorvatiya arasında alternativ enerji və sənaye sahələrində əməkdaşlıq müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Damir Habiyan ilə görüşdə ikitərəfli iqtisadi əlaqələrin prioritetlərini nəzərdən keçirdik", - nazir qeyd edib.

Görüşdə həmçinin birgə investisiyaların və ticarətin təşviqi, işgüzar dairələr arasında tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib.

Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Damir Habiyan ilə görüşdə ikitərəfli #iqtisadi əlaqələrin prioritetlərini nəzərdən keçirdik:
- Birgə investisiyaların və #ticarət-in təşviqi;
- #Alternativenerji#sənaye sahələrində əməkdaşlığın dəstəklənməsi;
- İşgüzar… pic.twitter.com/45cR22ahdF

— Mikayil Jabbarov (@MikayilJabbarov) March 13, 2024
Geri qayıt