Birxeber.az / BMT-də Azərbaycanın üzləşdiyi mina problemlərindən danışılıb

BMT-də Azərbaycanın üzləşdiyi mina problemlərindən danışılıb

13-03-2024, 13:40

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyası çərçivəsində keçirilən “Terrorizmin qurbanları – Beynəlxalq Standartlar və Yaxşı Təcrübələr. Terrorizm Qurbanlarına dair BMT-nin Qanunvericilik Müddəaları Modelinin milli tətbiqi istiqamətində” mövzusunda tədbirdə Azərbaycanın üzləşdiyi mina problemlərindən danışıb.

"Report" xəbər verir ki, o, Ermənistanın 30 il ərzində Azərbaycana qarşı törətdiyi mina terroru, həmin terror nəticəsində ölkənin ətraf mühitinə vurduğu ziyandan söz açıb.

A.Abbasov Ermənistanın Azərbaycan ərazisində təqribən 1.5 milyon mina yerləşdirdiyini deyərək bu gün də mülki şəxslərin, o cümlədən qadın və uşaqların mina terrorunun qurbanı olduğunu vurğulayıb.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru sonda Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsi kimi mina xəritələrinin Azərbaycana təqdim olunması üçün Ermənistana çağırış edib.

Geri qayıt