Birxeber.az / DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilib

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilib

13-03-2024, 12:50

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilib.

Birxeber.Az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov bir müddət əvvəl təqaüdə göndərilib.

Geri qayıt