Birxeber.az / Belqorodda Rusiya FTX-sının binasına dron hücumu olub

Belqorodda Rusiya FTX-sının binasına dron hücumu olub

13-03-2024, 11:50

Ukrayna Belqorodda Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin binasına hücum etməyə cəhd edib.

Birxeber.Az-nın Rusiya bürosu xəbər verir ki, hücum PUA vasitəsilə olub.

İlkin məlumata görə, FTX-nın binasının fasadı zədələnib, pəncərələri qırılıb. Xəsarət alanların olmadığı bildirilib.

Geri qayıt