Birxeber.az / Şabranda doğuş zamanı ana və uşaq ölüb

Şabranda doğuş zamanı ana və uşaq ölüb

12-03-2024, 18:50

Şabran rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana və uşaq ölümü baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, 9 aylıq hamilə olan Şabran şəhər sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova doğuş zamanı ölüb, körpəni də xilas etmək mümkün olmayıb. Mərhumun həyat yoldaşı Kərəm Qasımov bildirib ki, bu, qadının 3-cü hamiləliyi olub. K.Qasımov həyat yoldaşının və körpəsinin həkim səhlənkarlığı nəticəsində öldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt